Missiyamız
Qrup şirkətlərinin strateji idarəetmə, resursların səmərəli koordinasiyası və innovativ həllər vasitəsilə davamlı inkişafını dəstəkləmək, tərəfdaşlar və əməkdaşlar üçün uzunmüddətli dəyər yaratmaq.
Xidmətlərimiz
Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərimizi birləşdirərək bizneslərə kompleks, etibarlı və müasir həllər təqdim edirik.
NaVis Group müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətləri vahid strateji baxış və korporativ idarəetmə prinsipləri əsasında birləşdirən çoxşaxəli şirkətlər qrupudur.
Biznesdən-biznesə (B2B) modeli əsasında fəaliyyət göstərən Qrup informasiya texnologiyaları, rəqəmsal reklam, tikinti və mühəndislik, logistika və nəqliyyat, audit və maliyyə konsaltinqi, xidmətlər və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin inkişafını dəstəkləyir.
2 500-dən çox əməkdaşı bir araya gətirən NaVis Group innovasiya, peşəkarlıq və strateji əməkdaşlıq prinsiplərinə əsaslanaraq dayanıqlı inkişafı təmin etməyi və uzunmüddətli dəyər yaratmağı hədəfləyir.
Qrup şirkətlərinin strateji idarəetmə, resursların səmərəli koordinasiyası və innovativ həllər vasitəsilə davamlı inkişafını dəstəkləmək, tərəfdaşlar və əməkdaşlar üçün uzunmüddətli dəyər yaratmaq.
Müxtəlif sektorlarda davamlı inkişafı təşviq edən, innovativ yanaşmaları və strateji tərəfdaşlıqları ilə biznes dünyasında yeni standartlar müəyyən edən aparıcı şirkətlər qrupuna çevrilmək.
Dəyərlərimiz
Bizi birləşdirən dəyərlər gündəlik qərarlarımıza, birgə fəaliyyətimizə və yaratdığımız nəticələrə istiqamət verir.
Hər işə başlayanda hansı nəticəni əldə etmək istədiyimizi aydınlaşdırırıq. Uğurumuzu tamamladığımız işlərin sayı ilə deyil, gördüyümüz işin şirkətlərimizin hədəflərinə çatmasına verdiyi töhfə ilə ölçürük.
İşimizi keyfiyyətlə görür və onu daha yaxşı görməyin yollarını axtarırıq. Sınaqdan keçmiş üsullardan istifadə edir və onların niyə nəticə verdiyini anlayırıq. Yeniliyi işimizə verdiyi faydaya görə qiymətləndiririk.
Sözümüzlə əməlimiz üst-üstə düşür. Öhdəliklərimizə əməl edir, gördüyümüz işə görə məsuliyyət daşıyır və çətinliklər barədə vaxtında, açıq məlumat veririk. Həmkarlarımız və tərəfdaşlarımızla etibarı gündəlik davranışımızla qururuq.
Ortaq hədəflərə çatmaq üçün bir-birimizə dəstək oluruq. Bilik və təcrübəmizi komandalar və şirkətlər arasında paylaşırıq. Bir komandada nəticə verən həlli digər komandalarla da bölüşürük.